Yol polisindən "Təcili Yardım"da sərnişin danışması ilə bağlı açıqlama (VİDEO)
"Bu sürücünün məsuliyyətsizliyi ucbatından baş vermiş haldır".
Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkədə rayondan Bakıya Təcili Yardım maşını ilə sərnişin gətirilən videogörüntüdən danışarkən deyib.
O, bildirib ki, avtomobildə heç bit tibb işçisi olmayıb:
"Ortada konkret görüntü, çəkilmiş bir video var. Amma bu bir sürücünün məsuliyyətsizliyi ucbatından baş vermiş haldır. Təcili Yardım maşını saxlanılan vaxtı avtomobildə heç bir tibb əməkdaşı olmayıb. Çox güman ki, maşın təmirdən qayıdırmış".
Kamran Əliyev qeyd edib ki, Təcili Tibbi Yardım maşını ilə bağlı görüntü Səhiyyə Nazirliyi tərəfindən araşdırılır:
"Səhiyyə orqanları tərəfindən araşdırılma aparılır. İndi elə bir vəziyyət yaranıb ki, Təcili Yardım maşını hər an lazım ola bilər".
MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 23-03-2020, 13:05