Küsülü olan Xalq artistləri Aygün və Röyanın bahalı, qlamur geyimləri - FOTO
Yerli şou əhlinin də dəbə meyilli və geyim aludəçisi olduqları sirr deyil. Onların arasında hər zaman zövqlü geyimləri və dəbdəbəli obrazları ilə seçilən isə səhnəmizin iki Xalq artisti - Aygün Kazımova ilə Röya Ayxandır.
Oxu.Az illərdir küsülü olan Aygün ilə Röyanın bir-birindən fərqli və gözoxşayan libas və aksessuarlarının hansı brendə məxsus olduğunu, dəyərini “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:
Kazımovanın həm yaxın dostu, həm də səhnə geyimlərinin müəllifi - dünya şöhrətli dizayner Rüfət İsmayılın “Afffair.fff” brendinin geyim kolleksiyasından yararlanan pop diva üst hissəsi ağ köynək, ətək hissəsi isə parıltılı, qalın dərili, qısa libası və eyni tərzdə uzun çəkmələrdən istifadə edib. Sözügedən libas ilə çəkmələrin qiyməti 1445 manatdır.
Aygünün geyindiyi digər bir libas da “Afffair.fff” markasına aiddir. Geyim dəstinin qiyməti isə 2720 manatdır.
Geyimləri ilə yanaşı, aksesuarları ilə də diqqət çəkən Xalq artistinin qulağını bəzəyən uzun ilan formalı sırğaların markası “Lakobukia” brendinə məxsusdur. Qiyməti isə 255 manatdır.
İndi isə zövqü və imici ilə hər zaman gözoxşayan, milyonların sevimlisi Xalq artisti Röya Ayxanın geyindiyi libaslar və aksessuarlara nəzər salaq:
Qlamur pop ulduzun geyindiyi cins şalvar ilə qısa köynək “Natashazinko” markasına aiddir. Köynəyin qiyməti 357 manatdır. Aksessuarlara gəldikdə isə çantanın markası “Lilianafshar”a məxsusdur. Qiyməti 1436 manatdır. “Gianvito Rossi” markasına aid ayaqqabının dəyəri isə 746 manatdır.
Ağ, uzun, yandan dəri yırtmaclı libas “Terekhov” brendinindir. Qiyməti 1600 manatdır. Cazibədar obrazını tamamlamaq üçün Röya gümüşü rəngli dəyəri 1351 manat, “Giuseppe Zanotti” brendinə aid zərif ayaqqabıdan istifadə edib.
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-04-2020, 12:20