Tolik canlı yayımda ağladı: “Gərək heç onunla münasibət qurmazdım” - VİDEO
Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) hərbi qulluqçu ilə yaşadığı problemdən sonra baş vermiş hadisəyə görə canlı yayımda ağlayıb.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, o Azinforum.az-ın canlı yayımında deyib ki, problemləri yaranan hərbi qulluqçu ilə münasibət qurduğuna görə peşmandır:
“Gərək heç onunla münasibət qurmazdım, onunla problemim olduğuna görə Allah mənə qənim oldu. Onunla heç mübahisə etməməli idim. Məni heç kim söymür, amma mən özlüyümdə vicdan əzabı çəkirəm. Əsas odur Allah bilir ki, mən içimdə təmizəm”.
Tolik deyib ki, o heç vaxt ümumi şəkildə heç kimi təhqir etməyib.
Sözügedən videonu təqdim edirik:
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 18-01-2022, 22:00