mobil versiya

Gediş haqqları yenə DƏYİŞƏCƏK - Pik saatlarda


Gediş haqqları yenidən dəyişə bilər.

REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev "Hər şey daxil" verilişində anons verib.

Belə ki, aparıcı Tarix Əliyevin (Tolik) “Məktəbə gedən uşaq 5-6-cı sinfə qədər yolpulu verməməlidir” təklifi ilə çıxış edib və qonaqlar tərəfindən dəstəklənib. Buna cavab olaraq BNA-nın mətbuat katibi qurumun yalnız icraedici orqan olduğunu, belə bir səlahiyyətinin olmadığını bildirib:

 “Ümumiyyətlə, ilin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər”.

M.Ağayev  dünya təcrübəsində də belə şeylərin olduğunu vurğulayıb.

SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 1-11-2019, 13:00