mobil versiya

Azərbaycanda dəhşətli hadisədə ölən Elvinin FOTOLARI



Dekabrın 17-də səhər saatlarında Sumqayıt şəhəri yaxınlığında - Bakı-Quba yolunun Stansiya Sumqayıtdan keçən hissəsində ağır yol qəzasının baş verməsi nəticəsində 2 gəncin vəfat etməsi barədə məlumat vermişdik.

REPORTYOR.AZ publika.az-a istinadla xəbər verir ki, sürücünün idarəetməsindən çıxaraq aşan "Shacman" markalı yük avtomobilinin sükanı arxasında olan Saatlı rayon sakini 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu subay olub.

Hadisə nəticəsində sürücü ilə yanaşı sərnişini 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlu da vəfat edib.

Dəhşətli qəzada vəfat edən 30 yaşlı Elvinin bəzi fotolarını təqdim edirik.



SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 20-12-2019, 10:05