mobil versiya

Azərbaycanda vəzifəli şəxs damarlarını doğradı



Masallıda dəhşətli intihar hadisəsi baş verib.

REPORTYOR.AZ “Bakupost”a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin baş zabiti Rəvan Nəsibov yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.

Məlumatda qeyd edilir ki, onun ailəsi Gədəbəy rayonunda yaşayır. İşi ilə əlaqədar Masallıda kirayədə qalırmış.

Hadisənin başvermə səbəbləri araşdırılır.


SON XƏBƏR / BANNER / HADİSƏ
Tarix: 24-12-2019, 15:00