mobil versiya

Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama" - VİDEO



Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin ən gündəm xəbəri oldu. Yazılanlara görə rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıb.

R.Əliyevin arvadı Aida xanım qızı Xalidə ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Yaqut xanımla ərinin sevgi mesajlarını gördükdən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb. Bununla da, mart ayına toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Bu hadisədənin ardından - 29 dekabrda qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

REPOERTYOR.AZ xəbər verir ki, Rizvanın həyat yoldaşı Aidə xanım ərinin qızlarının nişanlısının anasına aşiq olduğundan 2 ay əvvəl xəbər tutduğunu bildirib: 

"Mən 2 ay bundan qabaq bunlardan şübhələnmişəm. Göyçayda əməliyyat olunmuşdum, tək-tənha mənim ərimin maşınına minib, yanıma gəlib. Mənim yanımdan çıxandan sonra Göyçayda kafedə yeyib-içiblər, sonra da kanal belində nə işlər görüblər, onu özləri bilir. Ərim gecə saat 3-4 radələrində aparıb evlərinin yanında düşürüb.

Ərimə dedim ki, Rizvan, qurban olum, balamın üstündən oyun oynama. Əgər belə bir şey varsa, mənə de. Qızın nişanını qaytararıq, bu işin də üstünü basdırarıq. Rizvanın bacısına da dedim ki, qardaşınıza ağıl verin". 

Qoşulub qaçdığı deyilən Yaqut xanım Rizvnla qaçmadığını, evdən kiçik oğlu ilə bərabər çıxdığını və Rizvanın onları Sumqayıta qədər apardığını deyir. Aida xanım onun bu sözlərinin həqiqət olmadığını belə əsaslandırıb:

"Sən mənim ərimə niyə qoşulub gedirdin? Nişanı qaytarılan qızın atasının maşınına minməyə qorxmurdu? Bunun əmisi-dayısı oğlanları Bakıya adam daşıyır. Onlardan birini çağırın gedərdi".

Qeyd edək ki, Rizvan Əliyev mətbuata açıqlamasında bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 8-01-2020, 17:20