mobil versiya

Abel Məhərrəmov: “Çingiz Qənizadənin Siyavuş Novruzovla davası var, məni də bura qatır” - VİDEO





Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin “Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. 

A.Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, Ç.Qənizadənin bəhs etdiyi Madriddə keçirilmiş həmin tədbiri Azərbaycan dövləti təşkil edib:

“Sözügedən tədbir mənim oğlumun deyil, Azərbaycan dövlətinin tədbiri olub. Həmin tədbirə də Çingiz Qənizadə dəvət edilməyib. O, özü təxribat yaratmaq üçün tədbirə gəlib. Axı necə olur ki, bu adam həmin tədbirə dəvət olunmadığı təqdirdə Bakıdan İspaniyaya gəlir? Çingiz Qənizadə özbaşına gəlib o tədbirdə iştirak edib. Bakıdan gələn nümayəndə heyətinin də tərkibində Çingiz Qənizadə olmayıb. O ayrı təyyarə ilə gəlib-gedib. Heç bilmirəm ki, onu tədbirə kim dəvət edib, nə məqsədlə gəlib və sair. Yəni, o bizim nümayəndə heyətinin tərkibində olmayıb. Bizim heyətin tərkibində Allahşükür Paşazadə, Siyavuş Novruzov, Cavanşir Paşazadə olub. O isə tədbirə dəvət olunmadan tək gəlib. Mənə elə gəlir ki, Çingiz Qənizadə bu cür qalmaqallar yaratmaq və Azərbaycan nümayəndə heyətini gözdən salmaq üçün o tədbirə gəlibmiş. Bunun başqa məntiqini görmürəm”.

A.Məhərrəmov deyib ki, həmin tədbir zamanı 3 dəfə ziyafət verilib:

“Həmin ziyafətlərin heç birində Çingiz Qənizadə iştirak etməyib. Ziyafətlərin üçündə də spirtli içki verilməyib. Axı Çingiz Qənizadə spirtli içki verildiyini harada görüb? Onun məqsədi nədir? Yəqin ki, Çingiz Qənizadə təxribat yaratmaq üçün o tədbirə gəlib. Görünür, onun xarakteri belədir”.

Sabiq deputat qeyd edib ki, əslində Çingiz Qənizadənin davası Siyavuş Novruzovladır:

“Onun Siyavuş müəllimlə davası var, məni də bura qatır. Bütün bu qalmaqalları da Siyavuş Novruzova görə edir”. 

Xatırladaq ki, 2018-ci ildə İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanda böyük qalmaqala səbəb olub. Belə ki, sözügedən konfransda iştirak edən Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə həmin konfransda iştirak edən rəsmi şəxslərdən bəzilərinin adlarını şərab qalmaqalında hallandırıb.


 

SON XƏBƏR / KARUSEL
Tarix: 6-03-2020, 17:30