mobil versiya

“Qanuni oğru”lar “Lotu Quli”nin qardaşı ilə bağlı QƏRAR VERDİ - VİDEO



Türkiyədə qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) biznes imperiyasına rəhbərlik edən qardaşı Namiq Bakinski kimi tanınan Namiq Səlifov “oğru” adından məhrum edilməyib.

Oxu24.com  xəbər verir ki, bu barədə “Praym Kraym” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, nüfuzlu “qanuni oğru”lardan heç biri Namiq Bakinskinin adından məhrum edilməsinə dair “proqon”un (“oğru fərmanı”) verilməsində iştirak etməyib və bunun qardaşı Qulinin ölümü ilə heç bir əlaqəsi yoxdur.

“Qanuni oğru”lar mediada yayımlanan “proqon”u “saxta” adlandırıblar.

44 yaşlı Namiq Səlifovun 47 yaşında qətlə yetirilmiş qardaşının varisi olması faktı avqustun 26-da açıqlanıb. Bu, Qulinin ayın 19-da vurulmasından sonra baş verib.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-09-2020, 18:35