DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın
Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.
AFN-in xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamada bildirilib.
"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!", - məlumatda vurğulanıb.
SON XƏBƏR / HADİSƏ
Tarix: 23-10-2020, 10:41