mobil versiya

Azərbaycan ordusu təcili şəkildə Çərəktar və Umudlu kəndlərinə girməlidir, yoxsa... - SENSASİYA




Azərbaycan ordusu Çərəktara niyə girmir? Bura gecikmək kəndi itirmək deməkdir...
 
Çərəktar kəndi sovet dönəmində DQMV Mardakert rayonuna aid olub. 1991-ci ilin payızında Çərəktar kəndini ermənilər işğal etdi və kəndi yandırdı. 1992-ci ildə Azərbaycan ordusu Mardakertin bütün kəndlərini, o cümlədən, Çərəktarı da azad etdi. 1992-ci ilin oktyabrında Azərbaycan Milli Məclisinin qərarı ilə Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə adlandırıldı. Bundan sonra Ağdərə rayonu ləğv edildi, ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonlarının ərazisinə verildi. O zaman Çərəktar kəndi də Kəlbəcər rayonuna verildi. 1993- çü ildə Kəlbəcər işğal olunandan sonra Çərəktar da tam ermənilərin əlinə keçdi. 1994-cü ildən sonra ermənilər də tutduqları ərazilərdə yeni ərazi vahidləri yaratmağa başladılar. Kəlbəcər rayonunun adını dəyişərək onun adını Şaumyan rayonu, Kəlbəcər rayon mərkəzinin adını da Karvaçar qoydular. Karvaçar sadəcə Şaumyan rayonunun mərkəzi sayılırdı. Kəlbəcər rayonu ərazisi isə Şaumyan adlanırdı. Çərəktar kəndi işğalçılar tərəfindən məskunlaşdırılmış və orada daha çox Ermənistandan gətirilən əhali, təxminən 40 evdə məskunlaşıb.
 
Çərəktar kəndi də yaradılmış Şaumyan rayonu inzibati ərazisinə daxil edilmişdi. Eynilə Agdərənin Kəlbəcərə yaxın bir çox kəndlərini, o cümlədən, Umudlu kəndinin də adını Aknaberd qoyub Şaumyana birləşdirilmişdilər
 
Bu baxımdan indi Kəlbəcərdən ermənilərin çıxması gündəliyə gələn kimi ermənilər də Kəlbəcərli kimi bu Çərəktar və Umudlu kəndlərindən də çıxmağa başladılar və onların əksəriyyəti evlərini yandırıb Ermənistana qaçdılar. Çünki Agdərənin erməni icra hakimiyyəti bura məsuliyyət daşımırdı və burada yaşayanlar da  Kəlbəcərli-Şaumyanlı kimi Noyabrın 10-dan başlayaraq ilk qacanlardan idi.
 
Çərəktarın da adı ermənilər tərəfindən Azərbaycan ordusunun nəzarətinə keçən kəndlər siyahısında 3 gün öncə erməni mətbuatında geniş verilmişdi. Çərəktar və Umudlu kəndləri indi boş qalıb. Bu gün ermənilər duyuq düşmüşlər ki, Çərəktar  kəndində nə Azərbaycan və nə də Rus əsgərləri var. Ona görə də qərara almışlar ki, Çərəktarı yenidən tutsunlar. Məsələnin çılpaqlığı budur.
 
Burada şübhə doğuran odur ki, yəqin Azərbaycan höküməti də Çərəktarın sovet dönəminə görə Ağdərəyə aid olduğunu düşünərək hərəkət edir. Əgər bu belədirsə, bu çox yanlış yanaşmadır. Bu kənd həmişə azərbaycanlıların yaşadığı kənd olub və Agdərə Azərbaycan ərazisidir. Belə çıxır ki, bu cür yanaşma ilə biz Çərəktar və Umudlunu ermənilərə peşkəş edirik. 26 ildir ermənilərin özləri bu kəndləri Kəlbəcər-Şaumyana verib. İndi isə Şaumyan yoxdur və yuxarıda dediyim kimi Agdərədə fəaliyyət göstərən erməni hakimiyyətinin də Çərəktar və Umudlu ilə heç bir bağlılığı yoxdur.  Faktiki bu kəndlər sahibsiz qalmışdır...
 
Hər bir kənd uğrunda nə qədər şəhid vermişik. Bura da bizim qəhrəman oğulların hesabına boşalıb və indi ordu oraya girməli və Azərbaycan hakimiyyətini bu kəndlərdə bərqərar etməlidir. Çünki bu dəqiqə yəqin ki, ermənilər də Stepanakertdəki rus quvvələrinin həmən Çərəktara girməsi üçün danışıqlar aparır. Buna şübhəniz olmasın. Yoxsa, biz Rusiya sülh məramlılarından icazə istəyirik? Buraya kim öncə girəcəksə, Çərəktar da onun olacaq. Bizim əsgəri oradan heç kim çıxara bilməz.
 
Belə düşüncə də var ki, hələ bizim əsgərlər gəlib ora çıxmayıb. Amma Toğanadan gedən qüvvələr üçün ora ən yaxın məsafədir.  Azərbaycan ordusu həmən boş qalmış Çərəktar və Umudluya girməlidir!  Biz geciksək, ermənilər bu kəndləri tuta bilər...

SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 26-11-2020, 09:29