mobil versiya

Müharibə bitdimi?




Qısa və konkret müharibə hələlik bitdi, ancaq davam edəcək. Neçə ki düşmən var müharibə də  var. Ancaq biz 2-ci Qarabağ müharibəsindən nə qazandıq sualına gəlincə... 

1 - Dini və milli hisslərimizin bütün daxili və xarici düşmənlərin səylərinə baxmayaraq məhv edilə bilmədiyini özümüzə də dosta düşmənə də sübut etdik.  Həmd olsun Allaha!

2 - Rusun və dəstəklədiklərinin məğlubedilməz olduğuna dair 100 illərdir davam edən mifi darmadağın etdik. Allahım sənə sonsuz şükürlər olsun!

3 - Rusun işğalı altında digər torpaqların- əvvəla   Krım Donbass sonrasında isə Abxazya Osetya və digərləri kimi- azadlığına çalışan qüvvələri cəsarətləndirdik! Allahu əkbər!!

4 - İran Türkiyə Pakistan kimi İslam ölkələri birlik nümayiş etdirdilər. Islam Birliyi uğrunda çooox əhəmiyyətli addım atıldı!!! Şükür ya Rəbb !

5 - Bütün bunlar ilk növbədə əsgər və zabitlərimizin canı qanı bahasına başa gəldi. Allahım onları məğfirət eylə, cənnətlə mükafatlandır ! Əlbətdə ki proses davam edəcək. Xankəndi məsələsi sonrasında isə Zəngəzur Göyçə və Irəvan kimi tarixi torpaqlarımıza da qovuşacayıq İnşəAllah.. Ancaq israr və inadla bunları görməyib insanlara mənəvi işgəncə verən kürəsəl şər mərkəzinin fərqində olaraq ya da olmayaraq köləliyini edənlər də var! Onlara önəm vermədən mübarizəyə davam Allahın izni ilə! Ölkə daxili düşmənlərdən təmizlənir və prosesin sürətləndirilməsi lazımdır. Unutmayaq ki Türkiyədə Ergenekon və Feto kimi ünsurların təmizlənməsi olmasaydı bu günləri görə bilməzdik. Bənzər hadisələr inşəAllah vətənimizdə də uğurla həyata keçiriləcək.



SON XƏBƏR / YAZARLAR
Tarix: 29-11-2020, 19:47