mobil versiya

Bu ölkələr Quranın yandırılmasını qadağan etməyi planlaşdırır



İslam dünyasında kütləvi etirazlardan sonra Danimarka Qurani-Kərimin yandırılması aksiyalarını qanunvericilik səviyyəsində məhdudlaşdırmaq imkanını nəzərdən keçirir. Bu, söz azadlığının əsas dəyərlərdən biri hesab olunan ölkə üçün kritik addımdır, lakin Kopenhagen təhlükəsizlik məsələləri baxımından belə bir addım atmağa məcbur olub.
Danimarka Xarici İşlər Nazirliyi hökumətin gələcəkdə digər mədəniyyətlərin və dinlərin təhqir olunması ilə müşayiət edilən Qurani-Kərimin yandırılması səbəbindən baş qaldıran etirazların qarşısını almaq üçün sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq imkanını nəzərdən keçirdiyini bildirib. Bu etirazlar xüsusilə təhlükəsizlik nöqteyi-nəzərdən Danimarka üçün ciddi fəsadlara verə bilər.
“Əlbəttə, bu, Konstitusiya ilə müdafiə olunan söz azadlığı çərçivəsində ediləcək”, - deyə XİN-in bəyanatında vurğulanır.
İsveçin baş naziri Ulf Kristersson danimarkalı həmkarı ilə Qurani-Kərimin yandırılmasına qarşı birgə addımların atılmasını müzakirə etdiyini bildirərək deyib: “Biz İkinci Dünya müharibəsindən bəri təhlükəsizlik sahəsində ən ciddi vəziyyətlə qarşılaşırıq və bundan istifadə etmək istəyən dövlətlər və ya ayrı-ayrı şəxslər olaraq müəyyən subyektlər mövcuddur. Mən nələrin baş verə biləcəyindən çox narahatam”.
İsveçin Baş naziri müsəlmanların müqəddəs kitabını təhqir etməklə bağlı bu həftə səslənən yeni çağırışları nəzərə alaraq yüksək riskli vəziyyət barədə xəbərdarlıq edib.

KARUSEL / DÜNYA
Tarix: 1-08-2023, 17:16