İki övladı və həyat yoldaşı gözünün qarşısında güllələnən Buça sakini - VİDEO
Ukraynanın Buça şəhərindən təxliyyə zamanı Aleksandr Çikmarevin iki oğlu və həyat yoldaşı rus qoşunları tərəfindən güllələnib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.
Ailəsi gözünün qarşısında öldürülən ukraynalı bunları deyib: "Ayın 6-da dostlarımla Buçanı tərk etmək üçün bir araya gəldik. Bizim qarşımızda piyada döyüş maşını dayandı. Bu zaman mən avtomobilimi saxladım və silahlı qarşıdurma başladı.
Uşaqlarım və həyat yoldaşım yerindəcə öldülər. Böyük övladımın 10, kiçiyinin isə 5 yaşı var idi. Maşın hadisə zamanı yandı. Mən isə xəsarət aldım və ağacın arxasında gizləndim”.
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 12-04-2022, 11:00