Mübariz İbrahimovu gənclərə təbliğ edən şəhid qızı başçıdan töhmət aldı: Gənc fəal Prezidentə müraciət etdi
Gənc fəal, YAP üzvü Abışova Aynurə Prezident İlham Əliyevə video müraciət edib.
AFN xəbər verir ki, şəhid qızı olduğunu deyən A.Abışova Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən təzyiqlərlə üzləşdiyini, vətənpərvər addımlarına görə başçı tərəfindən töhmət aldığını və qanunsuz olaraq işdən çıxarıldığını deyib. Məhkəməyə müraciət edən gənc fəal qarşı tərəfin geri çəkilmədiyini, ona təzyiqlərin davam etdiyini bildirib. O, Prezidentdən məsələyə müdaxilə edərək pozulmuş hüquqlarının bərpa olunmasında yardım etməsini xahiş edib.
P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER
Tarix: 16-03-2020, 13:49