mobil versiya

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib




Azərbaycanda  542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

REPORTYOR xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 355 koronavirus testi aparılıb.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 8-07-2020, 18:42