mobil versiya

Lotu Qulinin qardaşı iki "qanuni oğru"nu barışdırdı - FOTO




Türkiyədə qətlə yetirilən "qanuni oğru" Lotu Qulinin qardaşı Namiq Səlifovun iki kriminal avtoritet Merab Mzarelua və Matsi Qvaramianini barışdırıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "ura.ru" portalı yazıb.

Nəşrin yazdığına görə, Namiq Səlifov bu addımı ilə qardaşının qurduğu biznes imperiyasına rəhbərlik etmək qüdrətində olduğunu nümayiş etdirib.

Qeyd edək ki, "qanuni oğru"lar Merab Mzarelua və Matsi Gvaramia aralarında mübahisə uzun müddətdir davam edirdi. Matsi Mzareluanı klana xəyanət etməkdə günahlandırmış və ona əl qaldırmışdı. Namiq Səlifov bu münaqişəyə son qoyaraq avtoritetləri barışdırmağa nail olub.

Bildirilir ki, 2013-cü ildə "qanuni oğru" adını qazanmış Namiq Səlifov qardaşı Lotu Qulinin nəzarət etdiyi Rusiyadakı tərəvəz bazaları, taksi şirkətləri və digər bizneslərin başına gəlib. Lotu Quli Çex Respublikası, Polşa, Moldova, Avstriya və İspaniyada tanınaraq və müəyyən bizneslərə malik idi.//BAKU.WS 



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 18-09-2020, 10:58