mobil versiya

Siyavuş Novruzov: “Bu səlahiyyət ATƏT-ə məhz Xalq Cəbhəsinin dövründə verildi”



Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Qarabağ komitəsinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirdi.

“Tutaq ki, biz komitəni yaratdıq, bu komitənin üzvü kim olacaq? 125 deputatın hamısı bu komitənin üzvü olmaq istəyəcək. Bu mənada mən bu məsələni parçalayıb kiçik komitə səviyyəsinə endirməyin tərəfdarı deyiləm”, - komitə rəhbəri bildirdi.

S.Novruzov dedi ki, ölkə prezidenti, Birinci vitse­-prezidenti mütəmadı olaraq keçirdiyi görüşlərdə Qarabağ məsələsi ilə bağlı dövlətimizin prinsipial mövqeyini daim bəyan edir. Biz öz aramızda oturub nəyi müzakirə edəcəyik?”

S.Novruzov T.Kərimlinin ATƏT-in Minsk Qrupu ilə bağlı fikirlərinə toxundu:
“ATƏT Xalq Cəbhəsinin dövründə yaranıb. Əvvəlcə bu qurum ATƏM idi. Bu səlahiyyət ATƏM-ə məhz Xalq Cəbhəsinin dövründə verildi. O zaman bu səlahiyyətlər BMT-dən alınıb ATƏM səviyyəsinə verildi. Gərək vaxtında bu addımların qarşısı alınardı, görünür, alınmayıb”.

KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ
Tarix: 30-09-2019, 13:47