ABŞ dəniz təhlükəsizliyi ehtiyacları üçün Hindistana 4 milyard dollarlıq dron satışını təsdiqləyib
Bayden administrasiyası Hindistana dəniz təhlükəsizliyini və nəzarətini yaxşılaşdırmaq üçün istifadə edilmək üçün təxminən 4 milyard dollarlıq dron və hərbi texnika satışını təsdiqləyib.
The Associated Press -AP xəbər verir ki, Dövlət Departamenti Konqresə 31 Sky Guardian pilotsuz uçan aparatı, 170 Hellfire raketi, 310 kiçik diametrli bomba və müvafiq dəstək materialının daxil olacağı 3,99 milyard dollarlıq satış barədə Konqresə məlumat verib: "Təklif olunan bu satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək, ABŞ-Hindistan strateji əlaqələrini gücləndirməyə və Hind-Sakit Okean və Cənubi Asiyada siyasi sabitlik, sülh və iqtisadi tərəqqi üçün vacib bir qüvvə olmağa davam edən böyük bir müdafiə tərəfdaşının təhlükəsizliyini artırmağa kömək edəcəkdir. O, əməliyyatın dəniz zolaqlarında pilotsuz müşahidə və kəşfiyyat patrullarını təmin etməklə Hindistanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq".
KARUSEL / DÜNYA
Tarix: 5-02-2024, 10:23