mobil versiya

Azərbaycanlı “qanuni oğru” titulundan mərhum edildi – Sumqayıtlı Mübarizə qarşı çıxmışdı…




Ötən ay Türkiyədə kriminal dairələrdə Rafət Əli-Bayramlinski kimi tanınan Rafət Əmirovun “oğru”adından məhrum edilməsinin bəzi təfərrüatları məlum olub.


Qeyd edək ki, R.Əmirov əvvəllər Quli (Nadir Səlifovun) klanının üzvlərindən olub. Maraqlıdır ki, məhz onun “adının” alınmasını da təşəbbüskarı Səlifov klanına indi rəhbərlik edən Namiq Bakinski (Qulinin qardaşı) olub. Bildirilir ki, Rafət Əli-Bayramlinskiyə qarşı xeyli iddialar olub və Səlifov klanı digər kriminal dairələrin qərarını gözləmədən onunla yollarını ayırıblar.

Heç vaxt həbsxanada yatmayan, amma Quliyə yaxınlığına görə Rafətin “oğru” adı alması əvvəldən də bir çox mübahisələrə səbəb olmuşdu. Rusiya mediası bu barədə yazır ki, R.Əmirovu həmin “sxodkada” həm də döyüblər. Onun “oğru aləmindən” qovulmasının səbəbi haqda çox danışılır. Məsələn, 2014-cü ildə “oğru dünyasına” daxil olan R.Əmirovun adı narkotik alverində hallanıb. Halbuki bu, “oğru” üçün əsas tabulardan biridir.

Onun adının alınmasına səbəb isə gəncəli “qanuni oğru” Albert Rıjıy kimi tanınan Əli Heydərovun guya ləzgi Lexi Rustavskini öldürmək üçün killer göndərməsi barədə dedikləri olub. Lexi Rustavski Marneulidə anadan olub, Quli klnanına yaxındır. Albert isə Qulinin düşmənlərindən olub. Bu sui-qəsd söhbəti Rafət Əli-Bayramlinskidən çıxıb və ondan xəbərin mənbəyini açıqlamasını istəyiblər. O isə bu söhbətdən yayınıb. Bu zaman üzə çıxıb ki, deyilənlər yalandır. Bundan sonra Quli klanı Rafətin “qələmini qırıb”. Onun həmin söhbətdə döyüldüyü də yayılan xəbərlər sırasındadır.

Rusiya KİV-ləri yazır ki, Rafət tituluni itirsə də, Rusiya Daxili İşlər Nazirliyinin ona marağı azalmayıb. Bildirilir ki, o, 2010-cu ildən bəri qətl hadisəsi ilə əlaqədar beynəlxalq axtarışdadır.

Daha bir maraqlı xəbər də var ki, R.Əmirov yenicə Azərbaycanda “polojenets” oıan Mübariz Sumqayıtskiyə (Sumqayıtlı Mübariz) qarşı çıxıb, bu məsələdə yeganə narazılıq edən adam olub. Mübariz Sumqayıtlıya gəlincə, o, köhnə “oğru qanunları”na sadiqliyi ilə tanınır. Onun azərbaycanlıların işlədiyi dükan-bazarlardan “haqq alınmayacağı” dediyi və bu məsələ ilə bağlı Rusiyadakı “oğru”larla danışıqlar apardığı deyilir.

Onun bu qərarı Rusiyadakı soydaşlarımız arasında rəğbətlə qarşılanıb.

//Musavat.com
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 26-12-2020, 21:53